Bu jurnalistlər də polisə çağırıldı

14:24 23 Noyabr 2023

Jurnalistlər Nərgiz Absalamova və Sahilə Aslanova Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, jurnalistlər iki gün əvvəl həbs olunan “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızına qarşı açılan cinayət işi ilə bağlı ifadə vermək üçün polis idarəsinə çağırılıb.



Xəbər xətti