İsrailin sıx hücumlarına məruz qalan Qəzza zolağında öldürülən 14 min 128 fələstinlinin 74 faizinin qadın və uşaqlar olduğu bildirilib.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) verdiyi açıqlamada, Qəzza zolağı əhalisinin demək olar ki, 80 faizinə bərabər olan təxminən 1,7 milyon fələstinlinin məcburi köçkün halına düşdüyü qeyd edilib.
Açıqlamada, noyabrın 21-dən etibarən köçkün vəziyyətinə düşmüş 1 milyon 37 min fələstinlinin şimal bölgəsi də daxil olmaqla Qəzza zolağı boyunca UNRWA-ya aid 156 obyektə sığındığı bildirilib.
Seymur Bənnayev
Sitat.info