Qətər Xarici İşlər Nazirliyi İsrail və HƏMAS arasında Qəzzada qarşıdurmada humanitar fasilənin cümə günü yerli vaxtla saat 07:00-da başlayacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Paytaxt Dohada keçirilən mətbuat konfransında Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Həmas ilə İsrail arasında razılaşdırılan humanitar müvəqqəti proses və məhbusların azadlığa buraxılması barədə məlumat verib.
Ensari, razılaşma çərçivəsində qarşıdurmalarda humanitar fasilənin cümə günü yerli vaxtla saat 07:00-da başlayacağını və ilk məhbus mübadiləsinin həmin gün saat 16:00 radələrində həyata keçiriləcəyini bildirib.
Kənan
Sitat.info