Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzzadakı rəsmilərindən birinin İsrail qüvvələri tərəfindən nəzarətə alındığını və naməlum yerdə saxlanılan məmurun vəziyyətindən dərin narahatlıq keçirdiyini bildirib.
Sitat.info xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada hadisənin dünən Şifa xəstəxanasından yaralıları və xəstələri təxliyyə edən konvoyun Qəzzanın şimalı ilə cənubunu ayıran İsrail nəzarət məntəqəsindən keçdiyi zaman baş verdiyi bildirilib.
Açıqlamada, Fələstin Qızıl Aypara Cəmiyyətinə bağlı Xan Yunus Tibb Mərkəzinin prezidenti Avni Hattabın nəzarət məntəqəsində İsrail əsgərləri tərəfindən nəzarətə alındığı, Hattabın hazırda harada olduğunun bilinmədiyi bildirilib.
Seymur Bənnayev
Sitat.info