Çində mövsümi tənəffüs xəstəlikləri ilə yanaşı, bakteriyaların törətdiyi düşünülən, lakin hələ də diaqnozu qoyulmayan müəmmalı pnevmoniya halları uşaqlar arasında yayılmaqdadır.
Sitat.info xəbər verir ki, Noyabrın 21-də Beynəlxalq Yoluxucu Xəstəliklər Cəmiyyətinin (BYXC) xəstəlik məlumat şəbəkəsi ProMed-də paylaşılan məlumat qeydində, paytaxt Pekində və şimaldakı Liaonin əyalətindəki uşaq xəstəxanalarında "çox sıxlığın" olduğu bildirilib".
Tayvan mərkəzli FTV televiziyasının mövzu ilə bağlı xəbərlərindən təfərrüatların yer aldığı qeyddə Pekin Uşaq Xəstəxanasına çoxlu xəstənin müraciət etdiyi və bir vətəndaşın dediyi sözlər yer alıb: "Xəstəxanada çoxlu uşaq müalicə altındadır. Öskürək yoxdur. Onlarda pnevmoniya əlaməti yoxdur, lakin yüksək hərarət və tənəffüs yollarında iltihab var”.
Kənan
Sitat.info