İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini öldürüb

22:31 23 Noyabr 2023

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini öldürüb, digərini isə yaralayıb.

Sitat.info xəbər verir ki, İsrail qüvvələri İordan çayının qərb sahilinin Ramallah şəhərinin Berka qəsəbəsində körpüdən keçən 3 fələstinliyə atəş açıb.

İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan 2 fələstinli yaxınlıqdakı tibb mərkəzinə köçürülüb. Yaralanan fələstinlilərdən birini bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Kənan

Sitat.info



Xəbər xətti