İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində fələstinli yeniyetməni öldürüb

13:54 24 Noyabr 2023

İşğal altındakı İordan çayının qərb sahilində İsrail ordusunun açdığı atəş nəticəsində fələstinli gəncin öldüyü bildirilib.

Sitat.info xəbər verir ki, Şahidlərdən alınan məlumata görə, İsrail qüvvələri səhər saatlarında İordan çayının qərb sahilindəki Yerixo şəhərindəki Aqaba Cabr Qaçqınlar Düşərgəsinə basqın edərək bir evi mühasirəyə alıb.

Basqın edən İsrail əsgərləri ilə düşərgə sakinləri arasında qısamüddətli qarşıdurma baş verib. İsrail ordusu sözügedən evdən biri yaralı 2 fələstinlini nəzarətə götürüb.

Kənan

Sitat.info

​​​



Xəbər xətti