İsrail ordusu miqrasiya yolundakı fələstinlilərə atəş açıb

13:55 24 Noyabr 2023

İsrail ordusunun Qəzza zolağının cənubundan şimalına qayıtmağa çalışan fələstinlilərə atəş açması nəticəsində çoxlu sayda insan yaralanıb.

Sitat.info xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail ordusu Qəzza zolağının cənubundan Qəzza şəhərinə və şimal bölgələrinə qayıtmağa çalışan köçkün fələstinlilərə atəş açıb.

Səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail əsgərlərinin açdığı atəş nəticəsində əksəriyyəti ayağından olmaqla çoxlu sayda insan yaralanıb, 1 nəfər isə ölüb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti