Dünyanın ən böyük aysberqi 30 ildən çox okean dibində ilişib qaldıqdan sonra yenidən hərəkət edib.
Sitat.info xəbər verir ki, "A23a" adlı aysberq 1986-cı ildə Antarktika sahil zolağından qopub. Lakin o, tez bir zamanda Ueddel dənizində quruya çırpılaraq buz adasına çevrilib.
"A23a" səthinin sahəsi təxminən 4 min kvadrat kilometrdir.
Elm adamları son illərdə buz parçasında hərəkət siqnalları aşkar ediblər.
Kənan
Sitat.info