Ermənistana Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Qazaxıstan hökuməti 2022-ci ildən etibarən silah və hərbi texnikanın ölkədən ixracına qadağa qoyub.
Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkədə yayılan iddialara cavab olaraq Qazaxıstan Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Xatırladaq ki, Ermənistan müdafiə naziri Papikyan Ermənistanın Qazaxıstandan “TOS-A” reaktiv yaylım atəşi sistemlərini almaq planlarını açıqlayıb.