İsrail ordusu HƏMAS və İsrailin əldə etdiyi "döyüşlərdə humanitar fasilə" çərçivəsində bu gün Ofer həbsxanası qarşısında azad edilməsi planlaşdırılan məhbusları gözləyən fələstinliləri dağıtmaq üçün gözyaşardıcı qaz bombalarından istifadə edib.
Sitat.info xəbər verir ki, yüzlərlə fələstinli bu gün azad edilməsi planlaşdırılan məhbusları qarşılamaq üçün İordan çayının qərb sahilinin Ramallah şəhərindəki Ofer həbsxanasının qarşısına toplaşıb.
İsrail ordusunun qüvvələri gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edərək həbsxana qarşısında gözləyən fələstinliləri dağıdıb.
Fələstinlilər İsrail qüvvələrinə daş atmaqla qarşılıq verib.
Seymur Bənnayev
Sitat.info