Dünyanın gözü Qəzzada! Əsirlər dəyişdirilir...

21:21 24 Noyabr 2023

Qəzzada Həmasla İsrail arasında əsirlər dəyişdirilir.

Sitat.info xəbər verir ki, 96 saatlıq atəşkəsdə ilk addımı HƏMAS atıb. Taylandın baş naziri Qəzzada olan 12 taylandlının azad edildiyini açıqlayıb.

Taylandın baş naziri Srettha Çavisin verdiyi açıqlamada deyilir: "Təhlükəsizlik rəsmiləri və Xarici İşlər Nazirliyi tərəfindən 12 taylandlı girovunun azad edildiyi təsdiqləndi. Səfirlik rəsmiləri onları bir saat ərzində götürmək üçün yoldadır
HƏMAS daha 13 israillini azad edib. Qırmızı Xaça təhvil verilən girovlar sərhədə aparılır. İsrail dövlət televiziyası “Həmas tərəfindən azad edilən 13 israilli məhbusun Misir tərəfinə təhvil verilib” məlumatı paylaşıb.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari İsrail həbsxanalarında saxlanılan 39 fələstinli qadın və uşağın azad edildiyini açıqlayıb.

İspaniyanın baş naziri Pedro Sançes açıqlamasında deyib ki, Aİ Fələstin dövlətini tanımazsa, İspaniya öz qərarını verəcək.

Ayna Fərhad,

Sitat.info



Xəbər xətti