Azərbaycanın cari hesabında ÜDM-in 24%-i həcmində profisit gözlənilir - "Fitch"

16:54 7 Aprel 2022

"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin yenilənmiş gözləntilərinə görə, bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 23,7%-ini təşkil edəcək.

"apa-Economics"in Agentliyə istinadən verdiyi məlumata görə, bu, dekabr proqnozu ilə müqayisədə 15,8 faiz bəndi çoxdur. Bildirilir ki, Azərbaycan enerji ixracatçısı kimi, yüksək qiymətlərdən və tələbatdan faydalanacaq ki, bu da ölkənin xarici buferlərini gücləndirəcək.

Qeyd edək ki, Asiya İnkişaf Bankının son proqnozlarına görə, bu il ölkənin cari hesabının profisitinin ÜDM-də xüsusi çəkisi 20,2%-dək artaq.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 8,292 mlrd. ABŞ dolları və ya ÜDM-in 15,2%-ni təşkil edib. Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilə nəzərən 2,8 dəfə artaraq 14 mlrd. dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 7,7% artaraq 5,7 mlrd. dollar məbləğində olub.



Xəbər xətti