İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşması çərçivəsində İsrail həbsxanalarından azad edilən fələstinli qadınlardan Hanan Berqusi deyib ki, müqavimətçilər olmasaydı, azadlığı görməzdik.
Sitat.info xəbər verir ki, Fələstinin müqavimət hərəkatı HƏMAS tərəfindən azad edilən 13 israilli məhbus İsrailə gəldikdən qısa müddət sonra işğal altındakı İordan çayının qərb sahilindəki İsrailin Ofer həbsxanasından 24-ü qadın və 15-i 18 yaşından kiçik uşaq olmaqla 39 fələstinli məhbus azad edilib.
Minlərlə fələstinli azad edilmiş qadın və uşaq əsirləri qarşılamaq üçün İordan çayının qərb sahilindəki Betunya qəsəbəsində Fələstin və Həmas bayraqları ilə toplaşıb.
Kənan
Sitat.info