Rusiya Ukrayna ərazisinə 75 PUA buraxdı

12:20 25 Noyabr 2023

Rusiya Ukrayna ərazisinə gecə ərzində 75 “Şahid” PUA-sı buraxıb.

Sitat.info xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb.

Məlumata görə, PUA-ların 71-i Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.

PUA-ların əsas Primorsko-Axtarsk və Kursk vilayəti istiqamətlərindən buraxıldığı qeyd olunub. Hədəfin Kiyev olduğu bildirilib.



Xəbər xətti