Livanın baş naziri Mikati: Ölkənin cənubunda müharibə istəmirik

16:54 27 Noyabr 2023

Livanın baş naziri Nəcib Mikati İsrailin ölkəsinin cənubuna hücumlarına işarə edərək müharibə istəmədiklərini deyib.

Sitat.info xəbər verir ki, Baş nazir Mikati TRT-nin Ərəb kanalına verdiyi açıqlamada, İsrailin Qəzza zolağına hücumlara başladığı 7 oktyabrdan sonra ölkəsinin cənubunda Hizbullah ilə İsrail arasında qarşılıqlı hücumlarla bağlı qiymətləndirmələr edib.

Livan-İsrail sərhədinin qaydalarının dəyişmədiyinə, lakin əmin ola biləcəkləri beynəlxalq zəmanətin olmadığına diqqət çəkən Mikati deyib: “Biz müharibə istəmirik və sülhə can atırıq. İstəmirən ki, kimsə Livan torpaqlarına hörmətsizlik etsin”.

Kənan

Sitat.info



Xəbər xətti