Qəzza Səhiyyə Müdiri Munir əl-Berş bildirib ki, İsrail və HƏMAS arasında əldə edilən “humanitar fasilə”nin qüvvəyə mindiyi 24 noyabrdan bu yana Qəzza zolağının şimalındakı xəstəxanalara yanacaq göndərilməyib.
Sitat.info xəbər verir ki, Berş məsələ ilə bağlı AA müxbirinə açıqlama verib.
"Qəzza şəhəri və Qəzza zolağının şimalındakı xəstəxanalara bir litr belə yanacaq çatmayıb", - deyən Berş, təcili olaraq xəstəxanalara yanacaq tədarükünün təmin edilməsi lazım olduğunu vurğulayıb.
Kənan
Sitat.info