HƏMAS: Bu gün azadlığa buraxılması planlaşdırılan 33 məhbusun siyahısını aldıq

23:28 27 Noyabr 2023

HƏMAS İsrail həbsxanalarından buraxılması planlaşdırılan fələstinli məhbusların siyahısını aldıqlarını açıqlayıb.

Sitat.info xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamada bu gün İsrail həbsxanalarından buraxılması planlaşdırılan 3-ü qadın 30-u uşaq olmaqla 33 əsir siyahısının alındığı bildirilib.

Açıqlamada qeyd olunub ki, bu gün azadlığa buraxılacaq qadın əsirlər bunlardır:

1- Yasəmən Təysir Əbdurrahman Şaban / Cənin şəhəri

2- Attaf Yusif  Məhəmməd Cəradat / Cənin şəhəri

3- Nufuz Cad Arif Həmmad / Qüds

HƏMAS-ın açıqlamasında sərbəst buraxılacaq uşaqların adlarının siyahısının daha sonra açıqlanacağı bildirilib.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti