Hindistanda güclü yağışlar nəticəsində 24 nəfər ölüb

23:30 27 Noyabr 2023

Hindistanın Qucarat ştatında güclü yağışlar nəticəsində 24 nəfər ölüb, 23 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Fövqəladə Hallar üzrə Dövlət Mərkəzi (FHDM) leysan yağışların təsirli olduğu Qucarat ştatında əsasən ildırım vurması nəticəsində 24 nəfərin öldüyünü və 23 nəfərin yaralandığını bildirib.

"Skymet hava proqnozu" agentliyinin vitse-prezidenti Mahesh Palawat bildirib ki, Qucarat adətən ilin bu vaxtında bu qədər yağıntı almır.

Kənan

Sitat.info



Xəbər xətti