Kiyevdə keçirilən “Ukraynadan taxıl” adlı toplantıda çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski sərt açıqlamalar verib.
Sitat.info xəbər verir ki, İclasda çıxış edən Zelenski deyib ki, Ukrayna gücünü və azadlığını itirməyəcək və terrorizmə qalib gəlmək lazım olduğuna dair qlobal konsensusu müdafiə edəcək: "Mən Qara dənizdə təhlükəsizliyi bərpa etməyə nail olan bütün ukraynalılarla fəxr edirəm ki, Ukrayna limanları yenidən qlobal ərzaq təhlükəsizliyi və ixracımız üçün işləyə bilsin. Rusiya ərzaq qıtlığından istifadə etməyə və aclıqdan silah kimi istifadə etməyə davam edəcək. Hazırda 40-a yaxın ölkəni və beynəlxalq təşkilatı birləşdirən "Ukraynadan taxıl" ərzaq qıtlığından ən çox əziyyət çəkən ölkələrə kömək edir".
Seymur Bənnayev
Sitat.info