Qəzzada qurulması planlaşdırılan səhra xəstəxanasının texniki-iqtisadi əsaslandırmasını həyata keçirəcək texniki heyət bu gün səhər saatlarında Misir üzərindən (“Rəfah” keçid məntəqəsindən – red.) Qəzzaya gedib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası diplomatik mənbələrə istinadla məlumat yayıb.
Heyətin rəyindən asılı olaraq xəstəxananın ən qısa zamanda istifadəyə verilməsi planlaşdırılır.