Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün Tiflisə səfər edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan TŞ məlumat yayıb.
Onun “bir sıra işgüzar görüşlər keçirəcəyi” bildirilsə də, detallar açıqlanmayıb.
Qeyd edək ki, ötən gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib və protokol imzalanıb.