Ukraynada Polis Akademiyasının azərbaycanlı kursantı İbrahim İsmət oğlu Paşayev Rusiya ordusu ilə döyüşlərdə yaralanıb.
Sitat.info xəbər verir ki, əslən Qərbi Azərbaycanın Zəngibasar rayonundan olan, Ukraynanın Xmelnitsk vilayətinin Kamen-Podol şəhərində doğulub böyüyən kursant Donetsk vilayətindəki döyüşlərdə iştirak edirmiş.
Belə ki, müharibəyə könüllü gedən İ.Paşayev kursant olmaqla yanaşı həm də Ukrayna Milli Polisinin Kiyev İdarəsinin əməkdaşıdır.
O, hazırda Kiyevdə hospitalların birində müalicə olunur.