Müsəlman tələbələrin təhsil aldığı Fransanın qabaqcıl liseylərindən biri olan Özəl Averroes Liseyi ilə müqavilənin ləğvi üçün tədbir görüldüyü bildirilib.
Sitat.info xəbər verir ki, "Le Figaro"ya görə, Hauts-de-France Regional Qubernatorluğu, universitetə yerləşdirmə müvəffəqiyyət nisbəti 90 faizdən çox olan Lill şəhərindəki Özəl Averroes Liseyinin dövlət müqaviləsini ləğv etmək üçün addımlar atır.
Qubernatorluğun göstərişi ilə toplanan xüsusi təhsil məşvərət komissiyası dünən məktəbdə çalışan müəllim və işçilərin maaşlarının dövlət tərəfindən ödənilməsinə icazə verən müqavilənin ləğvinə səs verib.
Kənan
Sitat.info