İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs çərçivəsində bazar ertəsi Qəzza zolağına yardım daşıyan 200 yük maşınının daxil olduğu bildirilib.
Sitat.info xəbər verir ki, Misir və Qəzza zolağı arasındakı Rəfah Sərhəd Qapısının media direktoru Vail Əbu Muhsin deyib ki, dünən 4-ü balon qaz və 3-ü yanacaq olmaqla, humanitar yardım daşıyan 200 yük maşını Qəzzaya çatdı.
Qəzzadan olan 17 yaralının müalicə üçün Misirdəki xəstəxanalara köçürüldüyünü bildirən Əbu Muhsin humanitar yardımların davam edəcəyini bildirib.
Seymur Bənnayev
Sitat.info