İsrail azadlığa buraxılacaq 50 fələstinli məhbusun siyahısını təsdiqləyib

16:33 28 Noyabr 2023

İsrail hökuməti blokada altındakı Qəzza zolağında döyüşlərdə “humanitar fasilənin” uzadılması üçün İsrail həbsxanalarından iki gün müddətinə azad ediləcək 50 fələstinli qadın məhbusun siyahısını təsdiqləyib.

Sitat.info xəbər verir ki, Baş Nazirliyin Mətbuat İdarəsi Qəzza zolağından İsrailli məhbusların qarşıdurmada humanitar fasilənin uzadılması üçün azadlığa buraxılacağı təqdirdə həbsxanalardan buraxılacaq 50 fələstinli qadın məhbusun adlarının siyahısının təsdiqləndiyini açıqlayıb.

Bəyanatda başqa təfərrüatlara yer verilməyib, lakin atəşkəsin uzadılması ilə bağlı razılaşmada azadlığa buraxılacaq 60 fələstinli məhbusdan qalan 10-nun uşaq olacağı gözlənilir.

Kənan

Sitat.info



Xəbər xətti