Qəzza hökuməti bəyan edib ki, İsrailin hücumlarının təsirlərini azaltmaq üçün hər gün 1000 tır humanitar yardım gəlməlidir.
Sitat.info xəbər verir ki, Hökumətin Media Ofisindən verilən yazılı açıqlamada Qəzza zolağının tibbi avadanlıq və mülki müdafiə vasitələrinə ehtiyacı olduğu bildirilib.
Açıqlamada, İsrailin hücumlarının təsirlərini azaltmaq üçün gündə 1000 tır humanitar yardımın çatdırılması lazım olduğu bildirilib və səhiyyə sektorunun tamamilə çökdüyü, Şifa Xəstəxanasının gündəlik 12 min litr yanacağa ehtiyacı olduğu vurğulanıb.
Kənan
Sitat.info