İordaniya kralı II Abdullah ölkəsinin işğal altındakı İordan çayının qərb sahilini Qəzzadan ayırmaq cəhdinə qarşı olduğunu bildirib.
Sitat.info xəbər verir ki, İordaniya Kral Məhkəməsindən verilən yazılı açıqlamaya görə, Kral Abdulla Birləşmiş Millətlər Təşkilatının Fələstin Xalqının Ayrılmaz Hüquqlarının həyata keçirilməsi Komitəsinin sədri səfir Şeyx Nianqa “29 Noyabr” münasibəti ilə məktub göndərib.
Kral Abdulla məktubunda “Minlərlə günahsız insanın ölümünə səbəb olan Qəzzaya qarşı müharibə dayandırılmalıdır", - deyə qeyd edib.
O, səmavi dinlərin və ortaq bəşəri dəyərlərin dinc insanların öldürülməsini və terror edilməsini qətiyyən rədd etdiyini xatırladıb.
Seymur Bənnayev
Sitat.info