İsraillə HƏMAS arasında müvəqqəti atəşkəsin daha iki gün uzadılmasından sonra HƏMAS daha 10 girovu Qırmızı Xaç rəsmilərinə təhvil verib. İsrailin bu gecə 15-i uşaq və 15-i qadın olmaqla ümumilikdə 30 fələstinlini azad edəcəyi gözlənilir.
Sitat.info xəbər verir ki, HƏMAS, əldə edilən məhbus mübadiləsi razılaşması çərçivəsində blokadada olan Qəzza zolağında olan 10 israilli məhbusu Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmilərinə təhvil verib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari X sosial media platformasında İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşması ilə bağlı açıqlama verib.
Kənan
Sitat.info