UNICEF sözçüsü Elder: Qəzzada vəziyyət təsəvvür etdiyimdən də pis idi

23:54 28 Noyabr 2023

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder, Qəzzaya HƏMAS və İsrail arasında müvəqqəti atəşkəs razılaşmasından bir müddət əvvəl gəldiyini və qarşılaşdığı vəziyyətin təsəvvür etdiyindən də pis olduğunu bildirib.

Sitat.info xəbər verir ki, İsrailin intensiv hücumlar həyata keçirdiyi və böyük dağıntılara səbəb olduğu Qəzzada işləyən Elder onlayn müsahibəsində şahidi olduqlarını danışıb.

Elder deyib: "Dünən yardım karvanı ilə Qəzzadan keçdim. Evlərin, mənzillərin və xəstəxanaların dağıntısı çox böyük idi. Bir çox köçkün çox çətin şəraitdə yaşayır. Xəstəxanalar döyüş bölgələridir".

Kənan

Sitat.info



Xəbər xətti