Tanınmış həkim yaşlı xəstənin başına görün nə oyun açdı: şok səs yazısı (VİDEO)

00:05 29 Noyabr 2023

87 yaşlı zərərçəkən Miri Məmmədovun oğlu Aqşin Məmmədov sitat.info-ya danışıb.

O bildirib ki, dermatoloq doktor Mehdi İsgəndərli atasının qulağında olan yaranı 4 aydır ki, müalicə etməsinə baxmayaraq, heç bir nəticə verməyib. Üstəlik yara artaraq daha pis vəziyyətə gəlib.

O, bu barədə polis bölməsinə də müraciət edib. 

Onun açıqlamasını təqdim edirik:

"Belə həkimlərdən uzaq durun. Bu həkim deyil. Sadəcə olaraq pul almağı və bizi aldatmaq məqsədilə get-gələ salmağı bilirlər. Sonda da deyirlər ki, sağ olun, mən sizi tanımıram, bir də bura gəlməyin.

Mənim başıma bu  işi açan dəri zöhrəvi həkimi Mehdi İskəndərlidir. Mən bunu internetdən tapmışam. Zərərçəkən xəstə mənim atamdır,  qulağında yara çıxıb. Atamı əvvəlcə Milli Onkologiya Mərkəzinə apardım. Analiz götürdülər və analizin cavabında dedilər ki, bunu ya yandırmaq, ya da şüaya vermək lazımdır. Mən yandırmanı seçdim və daha sonra bu həkimi tapdım. Ona dedik ki, bu yaranı yandırın. Dedi ki, gətirin baxım, mən sizə deyəcəm.

12 iyun 2023-cü il tarixində atamı Mehdi İsgəndərlinin yanına apardım. Baxdı, dedi ki, yox, mən bunu yandırmıram. Müalicə edəcəm və  müalicə ilə keçib gedəcək. Özəl klinika olduğuna görə 60 manat həkim qəbulu üçün ödənişimi etdim,reseptini yazdı və getdim dava-dərmanlarımı aldım.  Bir ay müddətində analizlərin cavabı əsasında müalicə olundu. Müalicə heç bir nəticə vermədi. Ayın tamamında həkimlə  əlaqə saxladım. Dedim ki, heç bir irəliləyiş  oxdur. Mənə yenidən gəlməyi məsləhət gördü. Rayondan yaşlı xəstəni bir də  gətirdim. Hər dəfə gəldikcə 60 manat ödənişimi də etdim. Ümumilikdə bu hal bir neçə dəfə təkrar olundu və dörd ay get-gəllə keçdi. Amma nəinki heç bir nəticə yoxdur, əksinə vəziyyət daha da pisdir. 700 manata qədər dərmanlara pul verdim, 4 aydır aparıb gətirmək xərcləri.... Xəstənin yarası daha da ağırlaşdı və mən ondan sonra həkimin qəbuluna düşə bilmədim, telefonlarıma cavab vermədi. Qəbula getdik, yoxdur dedilər. Son sözü bu oldu ki, durun gedin, mənim sizə heç bir köməyim dəyməyəcək. İndi beləsinə həkim demək olarmı? Mən də ondan şikayətçiyəm. 87 yaşında yaşlı adama belə etinasız, belə səhlənkar yanaşmaq heç bir həkimə yaraşmaz.

Aidiyyəti qurumlara da demişəm, ölçü götürmək lazımdır və ölçü götürülsün. Bu həkimin fəaliyyəti ilə maraqlansınlar. Görək doğrudan da bu həkimdirmi, yoxsa elə gələnləri aldadır, ancaq pul alır və dərmanlar yazır? Hamısı da bahalı firma dərmanlardır. 1 qutusu 100-120 manata olan dərmanlardır".

Məğrur,

Sitat.info



Xəbər xətti