Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqaz və Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək toplantıda Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə də müzakirə ediləcək.