Rusiyaya PUA hücumu edildi

10:40 29 Noyabr 2023

Rusiyanın Podolsk şəhərinə PUA hücumu edilib.

Sitat.info xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.

"Podolsk şəhərində hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan PUA-nı məhv edib. İlkin məlumatlara görə, dağıntı və tələfat olmayıb. Fövqəladə hallar xidmətinin mütəxəssisləri hadisə yerində işləyir”, - Sobyanin bildirib.

Rusiya Müdafiə Nazirliyi də PUA-nın yerli saatla 06:30 radələrində (Bakı vaxtı ilə 07:30) Moskva vilayətinin Podolsk şəhəri ərazisində vurulduğunu təsdiqləyib.



Xəbər xətti