Qırğızıstan bayrağı dəyişəcəkmi?

14:56 29 Noyabr 2023

Qırğızıstan parlamenti ölkə bayrağında dəyişiklikləri nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

Sitat.info xəbər verir ki, Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyevin sədrliyi ilə keçirilən “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi Baş Assambleyanın səsverməsinə çıxarılıb.

Milli Məclisin Konstitusiya komitəsində də müzakirəyə çıxarılan qanun layihəsi ilə ölkə bayrağındakı dalğa formalı günəş şüalarının yastılaşdırılması və ortada olan motivdəki xətlərin sayının 3-dən 4-ə çatdırılması təklif edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti