HƏMAS lideri İlon Maska səsləndi: "Qəzzaya gəlin, İsrailin yaratdığı dağıntılara baxın"

18:26 29 Noyabr 2023

İsrailə səfərə gedən milyarder iş adamı İlon Mask müxtəlif reaksiyalara tuş gəlib. 

Sitat.info xəbər verir ki, daha əvvəl Qəzzada mülki şəxsləri dəstəklədiyini deyən Maska HƏMAS-dan zəng gəlib. Həmas rəsmisi Usamə Həmdan Maska "İsrailin yaratdığı dağıntılara baxın" deyib.
HƏMAS rəsmisi Usamə Həmdan atəşkəs başlayandan bəri Livanın paytaxtı Beyrutda mətbuata açıqlamalar verir. Bu dəfə Həmdanın gündəmində gözlənilməz bir mövzu var idi. Əvvəllər Twitter kimi tanınan X platformasının sahibi, İsrailə səfər edərək Maskı tənqid edib.

“Biz bir neçə gün əvvəl işğalçılara baş çəkən cənab İlon Maskı xalqımıza qarşı törədilən qırğınların və cinayətlərin miqyasını görmək üçün Qəzza zolağına səfərə dəvət edirik”.
Həmdan Maskı Qəzzada dağıntıları görməyə dəvət edib. “Biz sizi heç olmasa qərəzsizlik və etibarlılıq standartlarına riayət etməyə, xalqımızın qanuni hüquqları ilə bağlı qərəz və ikili standartlar siyasətindən uzaqlaşmağa çağırırıq”.

Maska məxsus X-də antisemit mesajlara icazə verildiyi və Apple, Disney və IBM kimi böyük şirkətlərin platformadakı reklam xərclərini dayandırdığı iddia edildi. Bunun üzərinə milyarder iş adamı İsrailə səfər edərək İsrailin baş naziri və prezidenti ilə görüşüb.
Səfər zamanı İsrailin rabitə naziri Mask və onun peyk internet sistemi Starlinkin Tel-Əvivin icazəsi olmadan Qəzzaya peyk interneti verməmək barədə prinsipial razılığa gəldiyini açıqlayıb.

Qeyd edək ki, amerikalı milyarder İlon Mask HƏMAS-ın Qəzzaya dəvətini rədd edib.

Mask yazıb:  “Hazırda bura bir az təhlükəli görünür, lakin mən firavan Qəzzanın bütün tərəflər üçün yaxşı olacağına inanıram”, - o bildirib.

 

Nərgiz,

Sitat.info



Xəbər xətti