Nəsr xəstəxanasında İsrailin ölümə tərk etdiyi körpələrin çürümüş cəsədləri aşkarlandı - FOTO

18:54 29 Noyabr 2023

İsrail və HƏMAS arasında əldə olunan "humanitar fasilə" razılaşmasından və Qzza zolağının bombardmanı dayandırıldıqdan sonra Qəzza şəhərindəki "Nəsr" Uşaq Xəstəxanasına daxil olmaq mümkün olub.

Sitat.info xəbər verir ki, yerli medianın xəbərinə görə, xəstəxananın uşaq reanimasiya şöbəsində çoxlu körpənin və uşağın çürümüş cəsədləri aşkarlanıb.

Bəlli olub ki, İsrailin ağır bombardmanlardan sonra zorla təxliyə etdiyi xəstəxananın reanimasiya şöbəsində çoxlu körpə və uşaq qalıb.

İsrail qüvvələri xəstəxanaya girməyə icazə verməyib və körpələri və uşaqları reanimasiyada ölümə tərk edib.

 Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı da sosial media hesabında Nəsr Xəstəxanasının reanimasiya şöbəsində çəkilmiş fotonu paylaşıb.

Yazıda “Nəsr xəstəxanasında 5 körpənin ölümündə İsrail ordusunun məsuliyyəti ilə bağlı beynəlxalq araşdırma”nın aparılmasına çağırış edilib.

Qəzzadakı qarşıdurmalarda "humanitar fasilə" başlamazdan əvvəl İsrail ordusu Şifa xəstəxanası, Nəsr Uşaq Xəstəxanası, Əl-Ehli Baptist və Türk-Fələstin Dostluq xəstəxanalarının ətrafındakı əraziləri, həmçinin Fələstinlə əlaqəli Qüds və İndoneziya xəstəxanalarını vurmuşdu.  Hücumlarda yüzlərlə insan həlak oldu və yaralandı. İsrail qüvvələri bu xəstəxanaların bəzilərini zorla boşaldıb. 

Ayna,

Sitat.info



Xəbər xətti