İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində basqın keçirdiyi Cənin şəhərindən geri çəkilib.
Sitat.info xəbər verir ki, gecə saatlarında şəhərin mərkəzində və Cənin Qaçqınlar Düşərgəsinə basqın təşkil edən İsrail qüvvələri buldozerlərlə yolları qazıb, bəzi dükanları yağmalayıb, evləri partladıb və təxminən 18 saat sonra şəhəri tərk edib.
İsrail ordusunun gecə saatlarında işğal altındakı Cəninə basqın etdiyi, Cənin Qaçqınlar Düşərgəsi və 3 xəstəxananı mühasirəyə alaraq fələstinlilərlə mübahisə yaşadığı bildirilib.
Seymur Bənnayev
Sitat.info