İsrailin Qəzzanı bombalaması nəticəsində 3 israilli girov da həyatını itirib.
Sitat.info xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən verilən açıqlamada, humanitar fasilədən əvvəl İsrailin Qəzza zolağının bombardmanı nəticəsində 3 israilli məhbusun öldüyü bildirilib. Əsirlərdən birinin 10 aylıq körpə, digərinin isə 4 yaşlı uşaq, üçüncünün isə onların anası olduğu açıqlanıb.
Girovların Sherry Silverman Bibas, Kfir Bibas və Ariel Bibas olduğu bildirilib. İsrail mətbuatında çıxan xəbərlərdə Kfir Bibasın 10 aylıq, Ariel Bibasın 4 yaşında, Sherry Silverman Bibasın isə uşaqların anası olduğu bildirilib.
Nərgiz,
Sitat.info