Oktyabrın 7-dən bu yana amansız hücuma məruz qalan Qəzzada humanitar fasilə ilə bölgədə qısamüddətli sakitlik başlayıb.
Sitat.info xəbər verir ki, atəşkəsin qalıcı olması üçün cəhdlər davam edərkən, Netanyahudan daha bir açıqlama gəlib.
"Müharibə başlayandan bəri qarşıma üç məqsəd qoymuşam. Həmas-ın aradan qaldırılması, qaçırılanların geri qaytarılması və Qəzzanın bir daha İsrail üçün heç vaxt təhlükə yaratmaması. Bu üç məqsəd hələ də qüvvədə qalır" -deyə o, bildirib.
"Keçən həftə böyük bir uğur əldə etdik. Onlarla qaçırılan insanımızın geri qaytarılmasını təmin etdik. Bir həftə əvvəl xəyal kimi görünə bilərdi, amma buna nail olduq. Ancaq bir neçə gündür bir sual eşidirəm. Girovlarımızı geri alma mərhələsi bitdikdən sonra İsrail müharibəyə qayıdacaqmı? Qəzza zolağına qarşı hücumlar davam edəcək. Bu mənim siyasətimdir, bunun arxasında bütün kabinet, bütün hökumət dayanır, əsgərlər və xalq dayanır".
Nərgiz,
Sitat.info