Rusiya iqtisadiyyatı ilin ilk 9 ayında 2,9 faiz artıb

22:09 29 Noyabr 2023

Oktyabrda ölkədə işsizlik nisbəti 2,9 faizə enərək, tarixin ən aşağı səviyyəsinə düşüb.
Sitat.info xəbər verir ki, Rusiya Federal Statistika Xidmətinin (Rosstat) açıqladığı ilkin hesablamalara görə, oktyabr ayında ölkədə işsizlik səviyyəsi 2,9 faizə enərək, tarixin ən aşağı səviyyəsinə düşüb.

Pərakəndə ticarət həcmi ilin ilk 9 ayında bir əvvəlki ilin eyni dövrünə görə yüzdə 5,5 artaraq 38,2 trilyon rubla çatarkən, Rusiyada avtomobil istehsalı bir əvvəlki ilə görə yüzdə 8,1 artaraq 417 minə çatdı.

İlin üçüncü rübündə 5,5 faiz böyüyən Rusiya iqtisadiyyatı ilin ilk 9 ayında 2,9 faiz artıb.

Rusiya İqtisadi İnkişaf Nazirliyi bu il Rusiya iqtisadiyyatında artımın 2,8 faiz olacağını proqnozlaşdırıb və artıma töhfə verən əsas amillər kimi istehsal, tikinti, kənd təsərrüfatı sahələri və istehlak tələbini göstərib.

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, bu il Rusiya iqtisadiyyatı 3 faizdən çox arta bilər.

Xatırladaq ki, Ukrayna müharibəsindən sonra Qərb ölkələrinin hərtərəfli sanksiyalar tətbiq etdiyi Rusiya iqtisadiyyatı keçən il 2,1 faiz kiçildi. Yəni builki artım müharibədən öncəki vəziyyətə dönüş sayıla bilər. 

Nərgiz,

Sitat.info



Xəbər xətti