İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS tərəfindən saxlanılan məhbuslar azad edildikdən sonra blokadada olan Qəzza zolağına hücumlarını davam etdirəcəklər.
Sitat.info xəbər verir ki, Mətbuat İdarəsinin yaydığı video mesajında Netanyahu, HƏMAS ilə əldə olunan razılaşma çərçivəsində çox sayda israilli məhbusun azad edildiyini xatırladıb.
Əsir mübadiləsi üçün verilən "humanitar fasilə" bitdikdən sonra İsrail ordusunun yenidən Qəzzaya hücum edəcəyini bildirən Netanyahu deyib: "Bu yaxınlarda bir sual eşitdim; Girovlarımızı qaytarma mərhələsi bitdikdən sonra İsrail müharibəyə qayıdacaqmı? Cavabım qətidir, bəli".
Kənan
Sitat.info