Almaniya prezidenti Ştaynmayer Yaxın Şərq turnesinin son dayanacağı Qətərə gəldi. Onu burada qarşılamağa heç kim gəlməyincə, Ştaynmayer təyyarənin qapısında gözləməyə başladı.
Sitat.info xəbər verir ki, bu görüntülər sürətlə bütün dünyada rezonans doğurdu.
Müharibə başlayandan bəri İsrailə qeyd-şərtsiz dəstək verən Almaniya prezidenti Frank-Valter Ştaynmayer proqramı çərçivəsində Qətərə gəlib. Cəmi üç gün əvvəl Ştaynmayer “Bizim həmrəyliyimiz həm də özünü müdafiə edən və ekzistensial təhlükə ilə mübarizə aparan İsraillədir” demişdi. İsrail prezidenti Hersoq Ştaynmayeri əsl dost kimi səciyyələndirmiş və və Almaniyaya "aydın mövqe" üçün təşəkkür etmişdi.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Qətərə endikdən sonra Airbus A350 təyyarəsinin qapısında təxminən 30 dəqiqə gözlədilib. Hava limanında Almaniya lideri üçün qırmızı xalça düzülmüşdü, lakin Ştaynmayeri qarşılamaq üçün rəsmi nümayəndə yox idi.
Bir neçə dəqiqə sonra Qətərin xarici işlər naziri Sultan bin Saad Əl Murayxi hava limanına gəlib. Mənbələrin bildirdiyinə görə, təyyarə Qətərə planlaşdırılandan bir qədər tez enib, lakin gözlənilməz hadisənin təfərrüatları ilə bağlı açıqlama verilməyib. Qətər Ştaynmayerin İsrail və Oman səfərləri ilə yanaşı, Yaxın Şərqdəki təmaslarının son dayanacağı olacaq.
Ayna,
Sitat.info