İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın 7-dən sonra fəallaşan israilliləri silahlandırmaqda davam edəcəklərini bəyan edib.
Sitat.info-nun məlumatına görə Netanyahu deyib ki, mənim rəhbərlik etdiyim hökumət vətəndaşlara silah paylanmasını genişləndirməyə davam edəcək.
İfrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir də israillilərə silah paylamağa davam edəcəklərini açıqlayıb.
Qeyd edək ki, Netanyahu hökuməti oktyabrın 7-dən sonra ölkədə mülki əhalinin silahlandırılması kampaniyasına başlayıb.
Kənan
Sitat.info