Quterreş: Real vaxtda iqlimin çöküşünü yaşayırıq

16:01 30 Noyabr 2023

BMT-nin baş katibi Quterreş dünyanın real vaxtda iqlim çöküşünü yaşadığını və bunun fəsadlarının dağıdıcı olduğunu bildirərək deyib: "Rekord temperatur artımı dünya liderlərini narahat etməli və hərəkətə keçməyə sövq etməlidir".

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ümumdünya Meteorologiya Təşkilatının (WMO) “Qlobal İqlim 2023-cü il” hesabatının nəticələri ilə bağlı videomüraciət yayıb.

Hesabat BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransı çərçivəsində açıqlanıb.

Hesabatın xəbərdarlıq xarakterli olduğunu bildirən Quterreş qlobal istiləşmənin sürətlə artması səbəbindən dəniz səviyyəsinin və temperaturunun rekord qırdığını, Antarktidada dəniz buzunun səviyyəsinin rekord səviyyəyə düşdüyünü bildirib.

Kənan

Sitat.info



Xəbər xətti