İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 40 fələstinlini saxladığı bildirilib.
Sitat.info xəbər verir ki, Fələstinli Əsirlər Dərnəyindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin Şərqi Qüds və İordan çayının qərb sahilinin bir çox bölgəsində fələstinlilərə qarşı basqınlar təşkil etdiyi bildirilib.
Açıqlamada sözügedən basqınlar zamanı 40 fələstinlinin nəzarətə alındığı, oktyabrın 7-dən bu yana İsrail ordusunun İordan çayının qərb sahilində və Şərqi Qüdsdə saxladığı fələstinlilərin sayının 3365-ə çatdığı bildirilib.
Kənan
Sitat.info