ÜST: Fələstin ərazilərində səhiyyə xidmətlərinə 427 hücum sənədləşdirilib

16:57 30 Noyabr 2023

Ümumdünya Səhiyyə Təşkilatı oktyabrın 7-dən noyabrın 28-dək işğal olunmuş Fələstin ərazilərində səhiyyə xidmətlərinə 427 hücumun sənədləşdirildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sosial media platformasındakı paylaşımında bildirilib.

Yazıda hücumların 203-nün Qəzza zolağında, 224-nün isə işğal altındakı İordan çayının qərb sahilində həyata keçirildiyi, səhiyyə xidmətlərinin və mülki şəxslərin fəal şəkildə müdafiə edilməli olduğu bildirilib.

Kənan

Sitat.info



Xəbər xətti