Həmas blokadada olan Qəzza zolağında olan 2 israilli məhbusu ölkələrinə qaytarılmaq üçün Beynəlxalq Qızıl Xaç Cəmiyyəti rəsmilərinə təhvil verib.
Sitat.info xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada Qırmızı Xaç Cəmiyyətinin Qəzzada 2 israilli əsiri qəbul etdiyini və İsrailə çatdırdığı bildirilib.
Qeyd edilib ki, sözügedən iki əsir İsrail ərazisinə çatıb və ölkənin cənubundakı Hatzerim Hərbi Bazasına yollanıb.
Kənan
Sitat.info