Argentinanın yeni hökuməti BRİKS-ə qoşulmaq niyyətində deyil.
Sitat.info xəbər verir ki, bunu Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin xarici siyasət üzrə müşaviri və gələcək xarici işlər naziri Diana Mondino deyib.
"Argentina BRİKS-ə qoşulmayacaq" deyə o bildirib.
Qeyd edək ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası qrupa daxildir. Növbəti ildə bir sıra yeni ölkələrin birliyə qoşulacağı istisna edilmir.