Braziliya OPEC+ alyansına qoşulacaq

23:03 30 Noyabr 2023

OPEC Braziliyanın 2024-cü il yanvarın 1-dən etibarən OPEC+ alyansına qoşulacağını açıqlayıb.

Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi 13 üzv OPEC və Rusiyanın başçılıq etdiyi 10 qeyri-OPEC-ə üzv ölkənin enerji və neft nazirlərinin bazar şərtlərini qiymətləndirmək üçün onlayn rejimdə keçirilən OPEC və qeyri-OPEC Nazirlərinin 36-cı Toplantısı başa çatıb.

OPEC-dən verilən yazılı açıqlamada, 2024-cü ilin yanvar ayından etibarən OPEC+ qrupu ittifaqına daxil olacaq Braziliyanın Mədən və Energetika naziri Aleksandr Silveyranın toplantıda iştirakının müsbət qarşılandığı bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti