İsrail qüvvələri İordan çayının qərb sahilində daha bir fələstinlini öldürüb

23:09 30 Noyabr 2023

İşğal altındakı İordan çayının qərb sahilində gün ərzində İsrail qüvvələrinin açdığı atəş nəticəsində yaralanan bir fələstinli həyatını itirib.

Sitat.info xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail əsgərləri Şimali Aqvar bölgəsi yaxınlığında bir fələstinliyə atəş açıb. Əsgərlər yaralının xəstəxanaya çatdırılması üçün Fələstin Qızıl Aypara qruplarının əraziyə yaxınlaşmasına icazə verməyib.

Fələstin Səhiyyə Nazirliyinin daha sonra verdiyi açıqlamada İordan çayının qərb sahilinin şimal-şərqindəki Tubasın Tamun qəsəbəsinin sakini 25 yaşlı Kərim Xalid Muhammed Beni Avdenin həyatını itirdiyi bildirilib.

Kənan

​​​​​​​Sitat.info



Xəbər xətti